Systemair Application area (Skyline)

Sənaye üçün havalandırma həlləri

Etibarlı, effektiv və əməyin təhlükəsizliyi və sağlamlıq tələblərinə cavab verən HVAC həlləri – uzunmüddətli istismar üçün nəzərdə tutulub

Dünyanın ən çətin mühitləri

Yüksək rütubət, qoxu, yağ və davamlı yüksək temperatur kimi sərt şərait. Bu parametrlər və yüksək dəqiqlik tələbi əsasən sənayə tətbiqlərini digərlərindən fərqləndirir. Ağır iş şəraitindən əlavə olaraq, işçilərin sağlamlığı və əməyinin təhlükəsizliyi həmişə prioritet olaraq qalmaqdadır.

Systemair şirklətinin HVAC həlləri sənaye istehsalı və proseslərini dəstəkləyən mükəmməl, temperaturu tənzimlənən daxili iqlimi təmin edən, bütün il boyu maksimal həddə işləyən sistemlərlə etibarlılıq, səmərəlilik və təhlükəsizliyə zəmanət verir və onlarla işləyən işçilərin sağlamlığını təmin edir.

Işləmək üçün istehsal olunmuş, uzun müddətlli dayanıqlı materiallar

Tamamilə fərdiləşdirlə biilən həllər

Sağlamlıq və əməlyin təhlükəsizliyi baxımından sertifikatlaşdıırlıb

Asan quraşdırma və idarəetmə

Daxili məkanlarda çox az yer tutur

Uzaqdan idarə olunur

Systemair şirkətinin bütün HVAC həlləri qlobal bazarda ən yüksək məhsul sertifikatlaşması ilə müşayiət olunur.

Sənaye layihələrində həm məkan, həm də istismar xarakteristikaları nöqteyi nəzərdən çoxsaylı, məhdudiyyətlər, tələblər və çətinliklər olur. Məhz buna HVAC həllərini layihənizin spesifikasiyalarına əsasən tamamilə fərdiləşdirmək olar ki, siz ən yüksək sağlamlıq və əməyin təhlükəsizliyi protokollarının tələblərinə əməl edə biləsiz.

Pablo Varela
Qlobal Məhsul Direktoru | Systemair Qrup

Niyə görə Systemair seçimini etməlisiniz?

Fotolia 186127288 M

İşləmə zəmanəti

Uzun müddət dayanıqlı olan, yüksək keyfiyyətli materiallardan hazırlanmış Systemair şirkətinin HVAC həlləri nasazlıq üzündən avadanlığın boş dayanma riski olmadan hətta ən çətin mühitlərdə belə istismar olunmaq üçün nəzərdə tutulub.

24 saat ərzində yaxşı havalandırmanın təmin edilməsi sənaye mühitində insanlar və texnoloji proseslər üçün mühüm əhəmiyyət kəsb edir. Systemair şirkətinin bütün məhsullarının layihənizə çatdırılmadan sınaqdan keçirildiyinə görə özünüzü rahat hiss edin çünki bu onların quraşdırılmasından sonra gözlənildiyi kimi işlədiyinə zəmanət verir.

Bizim həllər enerji istehlakını tənzimləyən qaydaların və sistemin daha inutitiv tələbi və idarə edilməsi üçün yeniləmələrə ehtiyacın artdığı bir vaxtda bu bazarda artmaqda olan modernizasiya tələblərini qarşılaya bilər.

Morten Schmelzer
Texniki Marketing Direktoru | Systemair Qrup
029

Sizə sakitlik hissi bəxş edən əməyin təhlükəsizliyi və sağlamlıq tələblərinə uyğun həllər

Hər gün bu sənaye sahələri arasında dövrə vuran işçilərin sağlamlığı və əməyinin təhlükəsizliyindən daha önəmli bir şey yoxdur. Təravətli, təmiz və sirkulyasiya olunan havanın olması onlara əsas diqqəti işlərinə yetirməyə və uzunmüddətli sağlamlığını qorumağa imkan verir.

Systemair şirkəti dünya miqyasında ftor tərkibli qazın tədricən istifadəsinin azaldılması ilə uzlaşmaq, habelə ciddi gigiyena qaydalarına riayət etmək üçün Partlayış Potensialı olan yerlər (ATEX), qlobal istiləşməyə töhfə vermək potensialı aşağı olan soyuducu maddələr də daxil olmaqla sizi konkret təhlükəsizlik və istismar tələblərini qarşılayan HVAC həlləri və qurğuları və üçüncü tərəflər tərəfindən təsdiqlənmiş sənədlər ilə təmin edə bilər.

Bizim genişmiqyaslı sənaye layihələrinin ehtiyaclarını yaxşı bilən və layihənizin uğur qazanması üçün sizə zəruri olan məsləhətvermə və dəstəyi təmin edə bilən ekspertlər qrupumuz var.

Lena Eklind
Qrup Texniki Direktoru | Systemair Qrup
Img 1031 3

Aşağı səs-küy səviyyəsi və qurğular üçün az yerin tələb olunması

Sənaye layihəsi üzərində işləməyiniz o demək deyil ki, sizin böyük qurğuları yerləşdirmək üçün kifayət qədər yeriniz yoxdur və ya iş mühitiniz yüksək səs-küyə tab gətirə bilməz.

Systemair şirkətinin HVAC qurğuları mümkün dərəcədə aşağı olan səs-küy səviyyələri ilə və fiziki olaraq çox az yer tutaraq maksimal həddə işləmək üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, havalandırma qurğuları öz ətrafındakı havanın keyiyyətini artıracaq və bunun onların quraşdırldığı qapalı məkanlar üzərində heç bir təsiri olmayacaqdır.

Shutterstock 503208943

Layihəniz üçün tamamilə fərdiləşdirilmiş həllər

Hər bir layihənin öz təkrarolunmaz tələbləri və çağırışları var. Məhz buna görə Systemair şirkəti bütün layihə tələblərinizin qarşılanmasını təmin etmək üçün sizə komponentlər üzrə HVAC həllərini tələblərinizə uyğunlaşdırmaq imkanını verir.

Siz qurğuları konfiqurasiya, materiallar və icra üzrə, habelə, havanın paylanılması, axını və havanın hərmişə təmiz, təravətli və yaxşı havalandırılmış şəkildə saxlanılması üzrə tələblərinizə uyğunlaşdıra bilərsiz.

Fan Heater SWT, Tavan montajı üçün kompakt fan qızdırıcısı
Fan Heater SWT
Tavan montajı üçün kompakt fan qızdırıcısı